Sumqayıtda üç minə yaxın sakininin yaşadığı əraziyə yeni içməli su xətləri çəkilir. “Novxanı bağları” yaşayış massivində aparılan işləri “Azərsu” ASC Bağlar Sukanal İdarəsi icra edir.
İdarədən Teleqraf.com-a bildirilib ki, yeni xətt 500-ə yaxın abonentin içməli su ilə təminatını daha da yaxşılaşdıracaq.
Bundan başqa, Sumqayıtın dənizkənarı Sahil küçəsində yerləşən kafe, restoran və digər ictimai-iaşə obyektlərinin kanalizasiya xətləri magistral xəttə birləşdiriləcək.
Eyni zamanda, uzunluğu 7 km olan adıçəkilən küçəyə 70 min kvadratmetr asfalt döşənməsi nəzərdə tutulub. Artıq yolun istismara yararsız asfalt qatının qaşınmasına başlanılıb.