Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirir.
Teleqraf.com-un məlumatına görə, 280 məktəbdə təşkil olunan imtahanlarda 15698 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.
Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.
NİGAR