29 Sentyabr 2016 14:17
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-18-də İnsan Hüquqları üzrə Birləşmiş İşçi Qrupunun toplantısı keçiriləcək.

Bu barədə Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi deyib ki, onda olan son məlumata görə, toplantı oktyabr ayında keçirilməlidir.

Novella Cəfəroğlu əlavə edib ki, Birləşmiş İşçi Qrupunun toplantısında hüquq müdafiəçiləri müəyyən məsələləri qaldıracaq.

Yeri gəlmişkən, qeyd edək ki, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu Avropa Şurası Parlament Assambleyasının hazırda Strasburqda keçirilən sessiyasına qatılmayıb.

Novella Cəfəroğlu bildirib ki, artıq onlar bir ilə yaxındır ki, AŞ PA sessiyalarına qatılmırlar.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər