19 Oktyabr 2016 11:56
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin aprelindən sentyabra qədər regionlarda aparılmış ginekoloji cərrahiyyə əməliyyatlarının sayı 3 dəfə artıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Milələm Calalov bu gün keçirilən konfransda deyib.

Baş həkimin sözlərinə görə, 2015-ci ildə 2, 2016-cı ildə 6 əməliyyat aparılıb: “Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı relaparatomiya olub”.

Baş həkim bildirib ki, regionlarda əməliyyatların sayının artması tibb müəssisələrinin daha müasir standartlara uyğunılaşdırılması ilə bağlıdır: “Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı ötən illə müqayisədə 39 faiz azalıb. Bu il aprelin 1-dən sentyabrın 30-na qədər Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ xidmət müəssisələri tərəfindən 46 pasiyentə xidmət göstərilib. Ötən il bu rəqəm 55 olub. Ötən illə müqayisədə pasiyentlərin sayı 17 faiz azalıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər