Bakıda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 m2 olan kafedə yanğın baş verib.
Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 m2 sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m2 sahədə əriyib.
Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.