Sabunçu rayonunda 80 yaşlı kişinin ölümü ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, İmdad Mehdiyevin qətlə yetirilməsi məlum olub.
Bildirilir ki, yanvarın 31-də, axşam saatlarında İmdad Mehdiyev oğlu İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib.
Sonda İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu yandırıb.
İlkin məlumata görə, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev içkili olub. O, atasında pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. Sonda da qətl olayı baş verib.
Hadisəni törədən İlyas Mehdiyev həbs edilib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
Bakının Sabunçu rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində İmdad Mehdiyevin yaşadığı evdə yanğın baş verib.
Nəticədə 80 yaşlı kişi yanaraq ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov