“Məzhəb düşmənçiliyinin qızışdırılması tək bu günün toqquşmalarını artırmaq deyil, eyni zamanda yeni nəsillərin beyninin zəhərlənməsi deməkdir”.
Bu sözləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun sədri Elşad İskəndərov Şirazda “İƏT Gənclər paytaxtı – 2017” proqramının açılış mərasimində söyləyib.
2016-ci ildə “İƏT Gənclər Paytaxtı”na ev sahibliyi edən İstanbuldan sonra İƏT Gənclər və İdman nazirləri (İƏT GİN) 3-cü konfransının qərarı ilə bu ada Malayziyanın Putrajaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri layiq görülüb.
Nazirlər konfransının digər qərarı ilə proqramın həyata keçirilməsi İƏT GİN konfransının beynəlxalq katibliyi statusu verilmiş İƏT Gənclər Forumuna həvalə edilib.
Fevralın 4-də İranın vitse-prezidenti Şahindoxt Molaverdi, Gənclər və İdman Naziri Məsud Sultanifar, Fars vilayətinin valisi Əfşani və digər yüksək səviyyəli İran və beynəlxalq nümayəndələrin iştirakı ilə keçirilən təntənəli mərasimdə “İƏT Gənclər Paytaxtının” simvolik açarı Şiraz şəhərinə təqdim edilib.
Mərasimdə qeyd edilib ki, 2017-ci il ərzində “Birlik naminə gənclik yaradıcılığının gücləndirilməsi” şuarı ilə gercəşdiriləcək “Gənclər Paytaxtı” proqramı çərçivəsində elmi, mədəni və yaradıcılıq sahəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Açılış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov hər cür məzhəbçiliyə yönəlmiş ifratçılığa və təkfirçilik ideologiyasına qarşı oldugunu vurğulayıb: "Müsəlman coğrafiyasında ifratçılıq əsasında baş verən münaqişələrin dayandırılması üçün cəmiyyət öndərləri ilk növbədə öz məzhəblərindən gələn ekstermist cağırışları açıq şəkildə qınmalaıdırlar və bu yöndə siyasi və mənəvi güclərini qətiyyətlə ortaya qoymalıdırlar. Sürətlə artan islamofob təqiblər müsəlmanlar arasında sunni-şiə ayrılığı etmədən bütövlükdə müsəlman dünyası üçün təhlükə olmaqdadır. Ən azı, bu səbəbdan məzhəb ayrıcılıgının qarşısının alınması bütün İƏT ölkələri üçün vacib hədəf olmalıdır.”
Günümüzdə məzhəblərarası xoşgörü, dialoq və əməkdaşlığın bir sıra parlaq nümunələri sırasında yüz illərdən bəri irfan ənənəsi əsasında vəhdət və qardaşlığın örnəyi olan Azərbaycan modelini və prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin İslam həmrəyliyi ili elan edildiyini vurgulayan Elçin İskəndərov əlavə edib ki, bu örnək və bu mesaj İƏT Gənclər Forumunun 2017-ci il ərzində “İƏT Gənclik Paytaxtı” proqramı çərçivəsində də həyata keçiricəyi fəaliyyətlərin mərkəzində duracaq.