"Tələbə Kredit Fondunun yaradılması siyasi cəhətdən də mühim addımdır".
Bunu "Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə Milli Məclsin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Fond cəmiyyətimiz üçün çox önəmlidir: "Bu sahədə işin aparılması aztəminatlı ailələr üçün sosial müdafiənin bir yoludur. Eyni zamanda iqtisadi cəhətdən olduğu kimi siyasi cəhətdən də çox mühim addımdır.
Bu kredit təhsilə çıxış imkanlarını genişləndirəcək ki, bu zaman sosial gərginliyin aradan qaldırılmasına da kömək olacaq".
İsa Həbibəyli qeyd edib ki, tələbə kreditini MDB-də yeni addım kimi qiymətləndirmək olar: "Bu sistem ödənişli təhsil alan tələbələrə də tətbiq edilməlidir. Ödənişli təhsil alıb, maddi vəziyyəti aşağı olan tələbəyə də kredit verilməlidir. Keyfiyyət amilinə diqqət yetirilməldir. Mütləq güzəştlər nəzərə alınmalıdır. Güzəştlər vasitəsilə tələbələr dövlətin inkişafına xidmət etmiş olurlar".
İlhamə ƏBÜLFƏT