14 Fevral 2017 13:52
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür: “Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətinin istiqamətləndirilməsi üçün tövsiyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun olaraq, bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır”.

Nemət


Müəllif: