ATV-nin İctimai-siyasi məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimov Teleqraf.com-a açıqlamasında kanalda ixtisarların olması haqqında yayılan xəbərləri təkzib edib:
“ATV-də heç bir ixtisar yoxdur. ATV özəl telekanallar içində maddi vəziyyəti ən yaxşı olan kanaldır. Kanalımızda müəyyən texniki işləri aparılır. Xaricdən bahalı avadanlıqlar gətirilib. Amma Azərbaycanda o avadanlıqları işlədə biləcək kadrlar yoxdur. O səbəbdən Azad Azərbaycan Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı Türkiyədən Mustafa Çelik adlı mütəxəssisi dəvət edib. O, televiziya işçilərinə treninqlər keçir. Həmçinin texniki işlərdə bacarıqları yetəri qədər olmayan içşilərə tapşırıqlar verir. Təbii ki, Vüqar Qaradağlının nəzarətiylə bu standartlara uyğun olmayan şəxslər də işdən azad edilir. Onların yerinə yeni işçilər cəlb olunur. Yəni ixtisarlar yoxdur”.
Turan İbrahimov Vüqar Qaradağlının ATV rəhbərliyindən getməsi haqqında yayılan xəbərlərə də münasibət bildirib: “Vüqar Qaradağlınnın rəhbərlikdən getməsi haqqında yayılan xəbərlər yalandır”.
Rəqsanə