22 May 2017 11:38
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Medi Sina" klinikasının sahibi Muğdət Həşimov məhkəmə qərarından apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Müğdət Həşimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Müğdət Həşimovun şikayəti Bakı Apelyasiya Məhkəməsinə daxil olub və yaxın günlərdə iş hakim icraatına veriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub. Məhkəmə onun ittiham olunduğu Cinatəyət Məcəlləsinin 213-cü (vergidın yayınma) maddəsinə xitam verib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.

Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.

İddiaçı tərəfin maddi təzminatla bağlı tələbini də Yasamal Rayon Məhkəməsi qismən təmin edib və "Medi Sina" klinikası da daxil olmaqla, cavabdehlərin birdəfəlik 9,800 manat, həmçinin E.Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödənilməsinə qərar verib.

İddiaçı tərəf təzminatın məbləğindən razı qalmayıb və Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər