25 May 2017 14:22
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vyanada OPEC ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının növbəti görüşü olacaq. Çox güman, hasilatın azalması planı 2018-ci ilin mart ayına qədər uzadılacaq, neft qiymətləri 55 dollar civarında sabitləşəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, bu gün dünyada neftin qiymətləri daha çox ABŞ-dan və dollar indeksindən asılıdır: "OPEC anlaşmasından ən çox udan ölkə də ABŞ-dır, keçən ilin noyabrında OPEC qərar verən gün ABŞ-da günlük hasilat 8,6 mln. barrel idi, qərardan sonra qiymətlər artdı, indi ABŞ günə 9,33 mln. barrel neft hasil edir və bu ölkədə hər həftə buruq sayı da, gündəlik hasilat da artır.

Son günlər dolların dünyada ciddi ucuzlaşması nefti bahalaşdırdı. Ucuz dollar bərabərdi baha neft; həm də əks formul - baha dollar bərabərdi ucuz neft həmişə işlək olub. İndi ABŞ-da həm hasilar artır, həm də FED bu il daha 2 dəfə daiz artıraraq dolları bahalaşdıracaq. Deməli, neftin qiyməti daha çox ABŞ-dan asılı olacaq".

Ekspert əlavə edib ki, əslində OPEC ölkələri divardan tuta-tuta gedən sərxoş adama bənzəyir: "Hasilatın azalmasəndan divar kimi tutub gedirlər, amma bu divar bitəcək axı, o zaman nə olacaq?!"

Natiq Cəfərli qeyd edib ki, gələn ildən neft qiymətlərinə ciddi təsir edən ölkələrdən biri Qazaxstan olacaq, Kaşaqan yatağı işə düşür, hasılatı günə 1 mln. barelə qədər artıracaqlar, bu da OPEC-ın azaltdığına, az qala bərabər olacaq.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər