29 May 2017 18:57
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ştat senatından Azərbaycana təbrik bəyannaməsi

ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta ştat Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, bəyannamədə 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur.

Vurğulanır ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ-la yaxın əməkdaşlıq münasibətləri qurduğu bildirilir.

Sənədin sonunda Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanır.


Müəllif: Səxavət

Oxşar xəbərlər