2 İyun 2017 13:30
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisinə qatılmaq istəyənlər artıq şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək. Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri Formula 1 Azərbaycan Qran Prisi başlayanadək, müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Kassalar

Ünvan

İş saatı

28 Mall

Azadlıq pr. 45, 28 Mall TM

10:00 - 22:00

2 Saylı ASAN Xidmət (AMAY)

ASAN, Alfred Nobel küç. 23, Xətai,

10:00 - 19:00

3 Saylı ASAN Xidmət (Fresco Market)

ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal,

10:00 - 19:00

Gənclik Mall

Fətəli Xan Xoyski 38, Bakı,

10:00 - 22:00

Heydər Əliyev Sarayı

Bül-Bül pr.35., Bakı,

11:00 - 19:00

Kiosk 1 (Azərbaycan Kinoteatrı)

Rəsulzadə və Əziz Əliyev küçələrinin kəsişməsində, Bakı,

12:00 - 21:00

Kiosk 2 (Kontinental)

Nizami küç. 95,

11:00 - 19:00

Kiosk 3 (Hökümət Evi)

Üzeyir Hacıbəyli küç. 69,

10:00-18:00

Park Bulvar

Neftçilər pr. 92, Park Bulvar TM,

10:00 - 22:00


Müəllif: Nərgiz