24 Aprel 2014 13:17
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup fiziki qüsuru olan uşaq müayinə və müalicə üçün Türkiyəyə yola salınıb. Bu barədə Teleqraf.com-a assosiasiya rəhbəri Sevil Yusifova məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı uşaqlar “ROMMER” fiziki tədavi və reablitasiya mərkəzində “çekup” müayinə olunacaq, əlil uşaqların valideynləri ilə doktorların görüşü keçiriləcək.

Bundan başqa, uşaqlara qısa müddətli müalicə seanslar təşkil ediləcək.

Sevil Yusifovanın sözlərinə görə, bu proqram Bursa şəhər valiliyinin və “Umuda addım” cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Proqrama yerli xeyriyyəçilər və millət vəkilləri də dəstək olublar: “Assosiyasiya olaraq “Heç olmasa bir əlilə bilet alaq” aksiyamıza dəstək olan çox dəyərli millət vəkilimiz professor Gülçöhrə Məmmədovaya, Çingiz Qənizadəyə, Azay Quliyevə təşəkkürlərimizi bildiririk. Onlar fiziki qüsurlu uşaqların qardaş dövlətin xeyirxahlığından yararlanmasına qarşılıq verdilər və imkansız ailələrin Bursaya getməsinə dəstək oldular”.

Naibə


Müəllif:

Oxşar xəbərlər