22 İyun 2017 18:29
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetində kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasa may ayında səhhəti anidən pisləşərək reanimasiyaya yerləşdirilən Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atası, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarov sədrlik edib.

SABAH qrupları tələbələrinin müdafiəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovla yanaşı kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov,ə professorlar – Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyeviştirak ediblər.

Tələbələr Günay İmanzadə “Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi”, Nəsrin Baxşəliyeva “Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi” mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər. Tələbələr işin aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi, gəldikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Komissiya sədri Məhərrəm Məmmədyarov, rektor Abel Məhərrəmov buraxılış işləri haqqında müsbət fikirlər səsləndirib, tələbələrin hazırlığından məmnunluqlarını ifadə ediblər. Sonda komissiya üzvləri işlərin elmi yeniliyini və gəlinmiş nəticələri yüksək qiymətləndiriblər.


Müəllif: Kəmalə