Sürət həddi 120 km/saat olan yola çıxan piyada sürücülərə çətin anlar yaşadıb. Yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücülərin bəzisi avtomobil yolundan çıxıb, bəzisi sürət həddini azaltmalı olub.
Bu barədə Bizim Yol-a sürücü Buxsayev Hacı Mürsəl oğlu bildirib. Onun sözlərinə görə, sürət həddinin aşağı salınması nəticəsində avtomobillərin hərəkətində qısa müddət ərzində sıxlıq yaranıb.
Sürücü H.Buxsayev avtomobilində olan videomüşahidə cihazının (registratorun) yaddaşına köçmüş video-görüntünü redaksiyaya göndərib. Görüntüdən də aydın olur ki, sərxoş piyadanın nəqliyyat vasitəsinin qarşısına çıxması nəticəsində qəza şəraiti yaranıb.