1 Avqust 2017 18:57
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Pirallahıda tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə əhalinin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər