Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, daxilolmaların 63,9 faizi və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb.
Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 faiz icra olunub.
Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 faiz təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.
Xatırladaq ki, ölkəmizdə əmək pensiyaçılarının sayı iyulun 1-ə olan məlumatda 1 milyon 325 min nəfər təşkil edir, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır.