Dünya Azərbaycanlıları Assambleyasında növbəti təyinat olub.
Lent.az-ın məlumatına görə, Azərbaycan Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat, planlaşdırma və araşdırmalar deparatamenti rəhbəri təyin olunub. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Bu günə qədər xanım A. Qurbanlı Bakı Baş Gömrük İdarəsində 2012-2014-cü illərdə inspektor vəzifəsində, 2015-ci ildə Diplomatik Akademiyasında professor köməkçisi işləyib. Hazırda o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsi mütəxəssis, həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutu və UNİCEF Azərbaycanın “3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” birgə layihəsinin layihə koordinatoru vəzifəsində işləyir.
Aygün Qurbanlı Diplomatiya Akademiyasını ictimai siyasət ixtisası üzrə magistr təhsili almış eyni zamanda Yaponiyanın Osaka Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində beynəlxalq ictimai siyasət ixtisası üzrə təhsil alıb.