İsveçli saatsaz Fredrix Kolting sahibinin ömrünə nə qədər vaxt qaldığını göstərən saat icad edib. "Ölüm saatı" adı verilən cihaz sahibinin xolesterol, təzyiq, çəki, eləcə də, keçmişdəki sağlıq problemləri haqda informasiyalar toplayır.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatları toplayan saat insanın geriyə qalan ömrünü hesablayır və geriyə sayım başlayır.
Koltinq bildirib ki, bu saatı insanları qorxutmaq üçün deyil, onlara yaşadıqları hər anın dadını çıxarmalarını xatırlatmaq üçün yaradıb: "Bu fikir babam öləndə ağlıma gəldi. Düşündüm ki, yaşadığımız günü yaxşı keçirməliyik".
Saatın istehsalı üçün gərəkli vasitələrin alınmasına dəstək verəcək qaynaq axtarılır. Bunun üçün 25 min dollar vəsaitin tapılması tələb olunur.