30 Avqust 2017 10:45
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, ev 61 ünvanında 1993-cü il təvəllüdlü Vüsalə Saramanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılova hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, yaşadıqları binanın girişində liftə girmək istəyən qadınlara hücum edən naməlum şəxs Vüsalə və Elnarayə bıçaqla xəsarət yetirib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər