Qurban bayramı ilə bağlı təşkil olunan satış məntəqələrindən kənarda heyvan kəsimi həyata keçirən 20-yə yaxın şəxsə xəbərdarlıq edilib.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.
Yolçu Xanvəli qeyd edib ki, bu hal satış məntəqələrini bəzilərinin kənarında baş verib: "Xətai rayonunda, Yasamal ərazisində bu cür hallar olub. Həmin şəxslərə xəbərdarlıq edilib".