Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-ın birinci xanımı Melaniya Trampın Nyu Yorkda verdiyi şam yeməyinə qatılıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, şam yeməyi BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.
ABŞ-ın BMT-dəki daimi təmsilçiliyində baş tutuan şam yeməyi zamanı birinci xanımlar arasında səmimi söhbət olub.
Melaniya Tramp ilə yemək zamanı eyni masada olan Əminə Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva ilə ayaqüstü səmimi söhbət edib.