22 Sentyabr 2017 18:53
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraciyər insan orqanizmində ən böyük orqandır. Bu orqan 500-dən çox funksiyanı yerinə yetirir. Qaraciyər özünü bərpa edən orqandır və regenerasiya (özünü bərpa) xüsusiyyəti çox güclüdür. Hepatit qaraciyərin iltihabı prosesidir. Bu iltihabı törədən faktorlar çoxdur. Bu xəstəlik yanlış qidalanma, alkoqol və enerji içkilərinin qəbulu, nəzarətsiz dərman qəbulu, virusla yoluxma zamanı yarana bilər. Hazırda daha çox aktual olan virus hepatitləri B, C, D-dir.

Bu sözləri Axar.az-a hepatitin yoluxma yollarından və əlamətlərindən danışan hepatoloq Nuranə Quliyeva deyib. O bildirib ki, hepatit hüceyrə səviyyəsində gedən prosesdir, müalicəyə çətin tabe olur:

“Hepatitlərin müalicəsi mürəkkəb prosesdir. Hepatitin müalicəsindən sonra qalan fəsadlar da ağır olur: qaraciyər serrozu və xərçəngi ilə nəticələnə bilər. Hepatitin özünü büruzə verməyinə gəlincə, bu xəstəliyin bəzən heç bir əlaməti olmaya bilər. 80-90 faiz hallarda xronikiləşir. Virus bədənə daxil olduqdan fəsad törətdiyi ana qədər heç bir əlamət, şikayət verməyə bilər, yəni xəstə özünü sağlam hiss edir. Ancaq təsadüfi müayinə zamanı hamilələrin qeydiyyatında, əməliyyat öncəsi aparılan çek-aplarda aşkarlana bilər. Hepatitin ümumi əlamətləri var ki, bu da halsızlıq, yorğunluq, sidiyin rənginin tündləşməsi, nəcisin rənginin ağ olması, gözün ağ qişasında sarılıqdır”.

Həkim Nuranə Quliyeva Bioloji Təbabət Klinikasında hepatitin müayinə və müalicə üsullarından da danışıb:

“Müayinələr sadədən mürəkkəbə doğru ardıcılıqla aparılmalıdır. Burada ən çox istifadə etdiyimiz genetik laboratoriya analizləridir. Virus hepatitlərinin müalicəsi zamanı orqanizmin vəziyyətini əvvəlcədən qiymətləndiririk, yəni orqanizmin dərmanlara dözümlülüyünü yoxlayırıq. Biotənzimləyici preparatlar vasitəsilə orqanizmin bütün orqan sistemlərinin təmizlənməsi həyata keçirilir. Hepatitin müalicəsində istifadə etdiyimiz biotənzimləyici preparatlar kimyəvi dərmanların əlavə təsirini aradan qaldırmağa kömək edir. Virusdan sonra qaraciyər serrozu, xərçəng riski kimi fəsadları azaltmaq məqsədilə altı aydan bir və yaxud ildə bir dəfə biotənzimləyici preparatlarla müalicə qəbul edilməlidir. Hepatit B-dən qorunmaq üçün peyvənd vardır ki, bunlar doğum evində 24 saat ərzində körpə uşaqlara vurulur. Tam fəsadsız olan bu peyvəndin tutub-tutmadığını isə həkim nəzarətində ildə bir dəfə və yaxud 3-6 aydan bir xüsusi qan analizi vasitəsi ilə akşar edirik. Bu analizlər vasitəsilə peyvəndin həmin şəxsi hepatitdən qoruyub-qoruya bilməməsini təyin edirik. Bu peyvəndlər mütləq mütəxəssisin nəzarəti altında aparılmalıdır. Hepatit C-dən qorunmaq üçün peyvənd olmasa da, ondan qorunmaq yolları var. Bu virus 90% ehtimalla qan və cinsi əlaqə ilə yoluxa bilər. Şəkərli diabet və immuniteti zəif olan şəxslərin hepatitə yoluxma ehtimalı çoxdur. Hepatit B və D sürətli olaraq qaraciyər xərçənginə gətirib çıxara bilir. Bunların yoluxma ehtimalı isə çoxdur. Ağız suyu, adi tər vasitəsilə və ya görüşən zamanı belə bu virusa yoluxma halı baş verə bilər. Buna görə ailədə bir üzv bu virusa yoluxubsa, digər ailə üzvləri mütləq peyvənd olunmalıdır”.

Ünvan: Bakı, 3 mkr, Pişəvəri 110 (Cavadxan küç. 24), Memar Əcəmi m. st. yaxınlığı.

Telefon: (012,050,055,070) 430 89 89


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər