1 Noyabr 2017 02:58
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Təbrizdə təşkil olunan beynəlxalq kitab sərgisində təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, sərgidə Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik iştirak edib.

Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib.

Sərgidə İrandan başqa Türkiyə, Livan, Pakistan, İrak və s. olmaqla 21 xarici ölkə iştirak edib. Azərbaycan Təbriz Kitab Sərgisinə ilk dəfə qatılıb.

Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.

125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 500 000 adam tərəfindən ziyarət olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər