2016-ci ildə Azərbaycanın şəhər və rayonları üzrə 18 yaşadək uşağı olan ailələrdə boşanmaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ötən il uşaqsız ailələrdə boşanmaların sayı 6146 təşkil edir.
Uşaqlı ailələrdə isə 6968 boşanma qeydə alınıb. Bu ailərdə uşaqların sayı 11295-dir.
Boşanan bir uşaqlı ailələrin sayı 3399 nəfər, 2 və daha çox uşaqlı boşanmaların sayı 3569 təşkil edib. Bu ilələrdə uşaqların sayı 7896-dir.
Qeyd edək ki 2016-ci ildə 13114 boşanma qeydə alınıb. Boşananlarının 4869-nun nikahı 5 ilə qədər, 3668-nin nikahı 5-9 il, 2806-nın nikahı 10-19 il, 1771-nin nikahı 20 il və çox davam edib.