2 Dekabr 2017 19:31
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Deyə bilərəm ki, sənəd mükəmməl hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, qanun dünyanın inkişaf etmiş ölkələrində qəbul olunan layihələrdən geri qalmır. Onun sözlərinə görə, digər ölkələrin təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra onun icrasına nəzarət etmək mühüm məsələdir:

“Ümumdünya Səhiyyə Təşkilatının Tütün Məmulatlarının Məhdudlaşdırılması Konvensiyası var. Ümid edirəm ki, ölkəmiz bu konvensiyaya da qoşulacaq. Dünya təcrübəsi göstərir ki, bu tipli qanunun qəbulundan sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir. Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan bu qanun çox mühümdür. Milli Məclisdə belə bir qanunun qəbul edilməsi böyük əhəmiyyət kəsb edir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər