8 Dekabr 2017 02:15
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hər bir vətəndaşı "vahid pəncərə" prinsipi ilə fəaliyyət göstərən "elektron kabinet"ə sahib olacaq.

Bu barədə Teleqraf.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.

Mərkəzdən qeyd olunub ki, "e-kabinet" vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.

"Elektron kabinet" "e-id.az" portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.

Mərkəzdən o da məlumat verilib ki, elektron imzanın şəxsiyyət vəsiqəsinə inteqrasiyası infrastrukturu artıq hazırdır və bu funksiya vətəndaşların "elektron hökumət" portalında (e-gov.az) müxtəlif xidmətlərin, o cümlədən sığorta, internet bankçılıq, elektron ödəmələr kimi xidmətləri əldə etməsi üçün açar rolunu oynayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər