Vergilər nazirinin müavini Namiq Əliyev vəzifəsindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, artıq Vergilər Nazirliyinin rəsmi internet səhifəsində Namiq Əliyevin adı nazir müavinləri siyahısından çıxarılıb. Bu da o deməkdir ki, onun işdən azad edilməsi barədə sərəncam verilib.
Nazirliyin saytında Vergilər naziri Mikayıl Cabbarovun 3 müavini - birinci müavini Sahir Polad oğlu Məmmədxanov, müavinlər Sahib Nurəddin oğlu Ələkbərov və İlkin Etibar oğlu Vəliyevin adı qeyd edilib.
Qeyd edək ki, Namiq Əliyev eks nazir Fazil Məmmədovun qudasıdır.