13 yaşlı uşağın döş boşluğundan qeyri-adi quruluşlu törəmə şiş çıxarılıb.
Bu barədə Teleqraf.com-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, uşağın oynaqlarında ağrı olduğu üçün torakal cərrahiyyə uzmanı Elmar Məmmədova müraciət edilib: “Aparılan müayinələr nəticəsində təsadüfən məlum olub ki, onun ağciyərində şübhəli görüntü mövcuddur. Döş qəfəsi kömpüter tomoqrafiya müayinəsi zamanı törəmənin ağciyərin içərisində olduğu hiss olunurdu. Pasient uşaq olduğu üçün əməliyyata mən də dəvət edildim. Əməliyyat zamanı fərqli, amma üzümüzü güldürən hadisə ilə qarşılaşdıq. Törəmənin ağciyər toxuması ilə əlaqəsi yox idi. Arxa divararalığında parietal plevra ilə kiçik ayaqcıqla əlaqəsi olan kistik törəmə idi”.
Fuad Hüseynov qeyd edib ki, uşağın ağciyəri zədələnməmiş əməliyyat edilib:
“Uşaq evə buraxılıb, amma amma şişin nə olduğuna patohistologiya (yəni əkilmədən) cavabından sonra qərar veriləcək”.