27 Mart 2018 16:38
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ev tikərkən ərazinin iqlim şəraiti nəzərə alınmalıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Bakıda küləyin sürəti saniyədə maksimum 30-35 metr olur: “Bundan yuxarı külək sürətinə rast gəlinməyib. Ötən günlərdə ölkənin bir necə rayonunda güclü külək səbəbindən evlərin dam örtüyünə ciddi zərər dəydi. Ümumiyyyətlə dam örtükləri, eləcə də bütövlükdə binanın təbii hadisələrə dözümlülüyü tikinti standart və normaları çərçivəsində olmalıdır.

Təəssüf ki, əksər rayonlarımızda fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi zamanı normalar gözlənilmir. Dam ötrüklərinin bərkidilməsində səhlənkarlığa yol verilir. Adi mıxlardan istifadə edilir. Əslində dam örütükləri xüsusi boltlarla bərkidilməlidir.

Həm də dam örtüyü tikilinin özünə bərkidilməlidir ki, külək onun altına keçməsin. Bu norma gözlənilmir deyə güclü külək əsəndə hava axını çardağın altına girərək təzyiqlə mixları çıxara bilir”.

Ekspert bildirib ki, binaların dam örtükləri uçarsa və ya inşaat normalarının gözlənilməməsi səbəbindən tikintiyə ziyan dəyərsə, məsuliyyəti icraçı və sifarişçi daşıyır: “Çünki sifarişçi icraçıdan işi qəbul edəndə lazımi mütəxəssislər cəlb edərək işin hansı keyfiyyət və normalar çərçivəsində aparıldığı müəyyən etməli və nəticəni sənədləşdirməlidir. Fərdi evlərdə də bu, müqavilə ilə tənzimlənməlidir. Müqavilə əsasında məsuliyyət müəyyənləşməlidir”.

Qeyd edək ki, martın 24-də güclü külək Azərbaycanın bir sıra rayonlarında evlərin dam örtüklərini aşırıb. Oxşar hadisələr ölkədə tez-tez baş verir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər