7 Aprel 2018 12:53
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev partiyanın ötən dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edir ki, qurultaylararası dövrdə partiya Avropa Mühahafizəkarlar və İslahatçılar Alyansının Tunisdə keçirilən iclasında qurumun tamhüquqlu üzvü seçilib:

“Bu ilin iyun ayında alyansın Bakıda müşavirəsinin keçirilməsi gözlənilir. Əgər müvafiq razılıq əldə edə bilsək, bu iclas paytaxtımızda baş tutacaq”.

Q.Həsənquliyev ötən dövrdə partiya yeni üzvlərin cəlb edilməsi istiqamətində iş aparıldığını, 3 rayonda yeni təşkilat yarandığını vurğulayıb. Qarşımızda duran vəzifə Azərbaycanın hər bir rayonunda partiyanın rayon təşkilatlarının olması ilə bağlıdır”.

Millət vəkili çoxpartiyalı sistemin inkişaf etdirilməsinin partiyanın başlıca vəzifələrindən olduğunu vurğulayıb:”Biz bu məqsədlə bütün seçkilərə qatılırıq”.

***

12:32

Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının V qurultayı keçirilir.

Teleqraf.com xəbər verir ki, partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev 59 rayon təşkilatından 400 nəfər qurultay nümayəndəsinin seçildiyini bildirib. O qurultayın keçirilməsi üçün daha geniş zalın ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə razılığa gələ bilmədiklərini vurğulayıb:

“Onlar bizə Əmircanda yerləşən mədəniyyət mərkəzini təklif etdilər. Biz də bunu məqsədəuyğun saymadıq və razılıq əsasında bu zalda qurultay keçirməyə qərar verdik. Qeyd etdiyim kimi, qurultaya 400 nümayəndə seçilmişdi. Biz onları kənarda saxlaya bilməzdik. Çünki onlar hesabat-seçki yığıncaqlarında seçiliblər. Mənə verilən məlumata görə, artıq 235 nəfər qeydiyyatdan keçib və yetərsay var”.

Qurultay Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

Partiya sıralarından dünyasını dəyişənlərin, həmçinin Azərbayacan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhu bir dəqiqəlik sükutla yad olunub. Q.Həsənquliyev qurultaydan öncə Ə.Elçibəyin məzarını ziyarət etdiklərini vurğulayıb.

Sonra 6 nəfərdən ibarət sədarət, həmçinin, katiblik seçilib.

Qurultay davam edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər