Braziliya Milli Konqresinin Deputatlar palatasında Braziliya- Azərbaycan Dostluq qrupunun sədri, deputat Klaudio Kajado Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevin demokratik və suveren şəkildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda Kladio Kajado, Azərbaycan Respublikasına yüksək hörmətinin və heyranlığının olduğunu qeyd edərək, Prezident İlham Əliyevə yeni prezidentlik dövründə müvəffəqiyyətlər və nailiyyətlər arzulamış, bu dövrün Azərbaycan üçün daha da uğurlu və nailiyyətlərlə dolu olacağını əminliklə vurğulanıb. Azərbaycanın beynəlxalq əlaqələr sisteminin mühüm üzvü olduğunu və dostluq qrupunun sədri kimi, Azərbaycanla Braziliya arasında dostluq əlaqələrini gücləndirməyə yönəlmiş işlərdə dəstək verməyə hər zaman hazır olduğunu da deputat qeyd edib.