24 Aprel 2018 12:18
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri vəzifəsinə təyin olunan Ceyhun Bayramov kollektivə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsinə təyin olunub. Yeni nazir son təyinata kimi, təhsil nazirinin müavini vəzifəsində işləyib.

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər