18 Avqust 2014 10:46
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov türk yaradıcılıq dünyasında böyük roluna, Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsində töhfələrinə və danılmaz xidmətlərinə görə Aytmatov İctimai Akademiyasının həqiqi üzvü seçilib.


Azərbaycanın Qırğızıstandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, sessiyada çıxış edən Aytmatov İctimai Akademiyasının prezidenti, Qırğız Respublikasının Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev deyib ki, Hidayət Orucov tanınmış şair, publisist, nasir və dramaturqdur: “Onun əsərləri bir çox dünya dillərinə tərcümə olunub. Səfir öz fəaliyyətində qırğız ədəbiyyatını, mədəniyyətini Azərbaycanda, Azərbaycan ədəbiyyatını, mədəniyyətini Qırğızıstanda geniş təbliğ edir”.


Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri - görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər.


Müəllif:

Oxşar xəbərlər