Türkiyə Azərbaycan Dərnəyinin (TAD) sədri Ənvər Türkoğlu və təşkilatın idarə heyətinin üzvləri cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanmış və Türkiyədə müalicə olunan Azərbaycan əsgərlərini ziyarət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, təşkilat rəhbərləri Sərxan Tahirzadə və Elvin Əsgərovun həkimlərindən əsgərlərin vəziyyəti haqqında məlumat alıb, onların ailələrinə mənəvi dəstək olmağa çalışıblar.
TAD sədri Ə.Türkoğlu cəbhə xəttində yaşanan gərginliyi diqqətdə saxladıqlarını, Azərbaycan əsgərləri ilə yaxından maraqlanmaq gərəkdiyini deyiblər. Təşkilat olaraq da onlara hər cür dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıblar.
Ziyarət zamanı əsgərlərin ailə üzvləri ilə telefon əlaqəsi yaradan təşkilat rəhbərləri övladlarının Türkiyədə yalnız olmadıqlarını bildiriblər. Əsgərlərlə söhbət zamanı isə bir neçə gün öncə Türkiyə-Ermənistan sərhədində, Əlican sərhəd-keçid məntəqəsi yaxınlığında mətbuat üçün açıqlama verməklə Ermənistana xəbərdarlıq etdikərini, Azərbaycana isə dəstək mesajı verdiklərini xatırladıblar.
Səxavət