Almaniyada istirahətdən qayıdan ailə hava limanında uşağı unudub.
Teleqraf.com xəbər verir ki, hadisə Ştutqartda baş verib.
Aeroportda beş yaşlı qız uşağının tək olduğunu görən mühafizə xidmətinin əməkdaşları elan versələr də, gələn olmayıb.
Bundan sonra uşağı polis idarəsinə aparıblar.
Məlum olub ki, ər-arvad aeroportdan evə ayrı-ayrı maşınlarda gediblər və hər ikisi uşağı qarşı tərəfin apardığını düşünüb.