16 Oktyabr 2018 11:51
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) 48206 şagird I sinifdə təhsil alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Məlumata görə, onlardan 40900 nəfəri 6 yaşı tamam olan, 7306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.

Hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb.

Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Qeyd edək ki, son illərdə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçirlər.


Müəllif: Aytən