27 Oktyabr 2018 17:08
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə universiteti corabla yatmağın sağlamlığımıza təsirini araşdırıb.

Teleqraf.com-un məlumatına görə, araşdırmada deyilir ki, bəzən işdən gələndə o qədər yorğun oluruq ki, paltarlarımızı çıxarmadan yatırıq.

Rahat paltar geyinməyə vaxt tapsaq belə, adətən, corabları çıxarmırıq.

Elə insanlar var corabla, elələri də var corabsız yata bilməz. Xüsusən, qışda corabsız yatmaq çətin ola bilir.

Aparılan araşdırma zamanı əslində corabla yatmağın faydalı olduğu anlaşılıb.

Araşdırma çərçivəsində ayaqları isti olanların daha tez yatdığı məlum olub. Ayaqlar isti olanda temperatur bütün bədənə bərabər paylanır və daha tez yatmağa səbəb olur.

Əgər tez yuxuya getmək istəyirsinizsə corabınızı çıxarmadan yatın.


Müəllif: Aytən

Oxşar xəbərlər