14 Dekabr 2018 21:22
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Milli Məclisin millət vəkili Hacı Salayevin qardaşı olan Baba Salayev 2016-cı ilin yanvarında DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə DGK-nin Gömrük sahəsində hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilmiş general-mayoru Güloğlan Muradlını əvəz edib. B.Salayev daha əvvəl Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.

Baba Hacı-Baba oğlu Salayev bu ilin noyabrın 20-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər