15 Yanvar 2019 17:30
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Macarıstan universitetlərində 565 tələbəmiz təhsil alır. Onlardan 88-i informasiya texnologiyaları, 246 nəfəri iqtisadiyyat, 75 nəfəri texniki ixtisasları seçib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev məlumat yayıb.

Onun sözlərinə görə, humanitar ixtisaslar sahəsində 6, incəsənət sahəsində cəmi 1 azərbaycanlı tələbə təhsil alır:

“Deyəsən, artıq gənclərimiz dünyanın nəbzini tuturlar. Mirzə Cəlil demişkən, “sol ovcuna bir parça kağız alıb gözlərini göyə axıdıb qafiyə axtarmağın” hədər iş olduğunu başa düşüblər...”


Müəllif: Nərgiz