21 Yanvar 2019 13:37
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Babək” prospektində çökmə baş verməyib, sadəcə yolun 2-3 kvadrat metrlik hissəsində asfalt deformasiyaya uğrayıb.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com- açıqlamasında deyib:

“Səbəbi araşdırmaq üçün bir müddətdir orda müşahidə aparırdıq. Bizim mütəxəssislər əraziyə cəlb olundu və araşdırma zamanı aydınlaşdı ki, “Babək” prospekti salınmamışdan öncə həmin ərazi neft tullantıları atılan yer olub. Prospekt həmin tullantıların üzərindən salınıb.

Ona görə də həmin hissədə kiçik həcmli problem yaranıb. Problem təkcə yolun hərəkət hissəsində deyil, kənarlarında da müşahidə olunur”.

Qurum rəsmisinin sözlərinə görə, problem demək olar ki, aradan qaldırılıb: “Həmin hissədə 200-300 metrlik yol bağlanıb, alternativ olaraq NZS qəsəbəsinin içərisindən keçən yan yola yönəldilib.

Bu yol qarşıda yenə “Babək” prospektinə çıxır. Axşama kimi həmin hissə bərpa olunacaq və istifadəyə veriləcək”.


Müəllif: Aytən