11 Fevral 2019 19:15
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 180 manatadək artırılması olduqca önəmli bir addımdır. Bununla da Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq, minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, yaşayış minimumu bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Deputat qeyd edib ki, minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq: “Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır. Bu sərəncam bir daha ölkə başçısının xalqa diqqət və qayğısının bariz nümunəsidir. Bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək”.

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər