Dəməşqin mərkəzi rayonlarından birinin raket atəşinə məruz qalması nəticəsində ən azı 12 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Teleqraf.com bildirir ki, bu barədə RİA Novosti Suriyanın SANA agentliyinə istinadən xəbər yayıb.
Agentlik xəbər verib ki, Əş-Şəqur rayonunu müxalifət silahlıları atəşə tutublar.
Frans Press agentliyi xəbər yayır ki, raketlər bu rayonda yerləşən universitetin binasına düşüb.
Digər təfərrüatlar açıqlanmır.