Güclü küləklə əlaqədar “Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlər görür.
Bu barədə Teleqraf.com-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bir sıra bölgələrdə güclü külək səbəbindən gücləndirilmiş iş rejiminə keçilib:
“Güclü külək və yağışlar Qərb regionlarında, xüsusilə Şəmkir, Daşkəsən, Gədəbəydə müşahidə edilir. Bəzi dağlıq regionlarda hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranarsa Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə yaranmış problemi aradan qaldırmaq üçün tam hazırdırlar. Zədələnən elektrik xətləri olarsa, elektrik təchizatı digər xətlər vasitəsilə təmin ediləcək”.