3 İyul 2019 13:23
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyul ayının 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Məlumatda qeyd olunub ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər