10 Avqust 2019 12:53
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədəki aeroportlarla Azərbaycanın Naxçıvan aeroportu arasında birbaşa uçuş imkanı verən hava dəhlizinin fəaliyyəti üçün görülən işlər başa çatıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Dövlət Hava Yolları İdarəsinin müdiri Hüseyn Kəskin deyib.

Hüseyn Kəskin tvitter hesabından Naxçıvanla Türkiyə hava limanları arasında birbaşa uçuşlara imkan verən hava dəhlizinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının nəzarəti ilə Dövlət Hava Yolları İdarəsi tərəfindən görülən işlərin yekunlaşdığını bildirib.

Uçuşların 15 avqustdan başlayacağını bildirən Kəskin İran və Ermənistan üzərindən həyata keçirilən uçuşların bundan sonra Türkiyə və Azərbaycan hava məkanları vasitəsi ilə reallaşacağını deyib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər