16 Sentyabr 2019 20:37
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən II, V və VI sinif rəhbərləri ilə kurslar keçirib.

FHN-dən Teleqraf.com-a verilən m bildiriblər ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədrisəlumata görə, müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbirlərdə Qarabağ Regional Mərkəzinin, müvafiq rayonların təcili təxirəsalınmaz tibbi yardım stansiyalarının əməkdaşları iştirak ediblər.

Kurslarda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, mülki müdafiənin təbliğində müəllimlərin rolundan danışılıb, “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Tədbir iştirakçılarına fövqəladə hallar, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları barədə müfəssəl məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Kurslar zamanı odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilərək əyani nümayiş etdirilib.

Tədbirlərdə müxtəlif növ fövqəladə hallar zamanı düzgün davranış qaydaları, həmçinin mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunub.

Kursların keçirilməsi zamanı mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər