18 Oktyabr 2019 10:08
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev xalq artisti Fikrət Verdiyevə mənzil verib.

Bu barədə Teleqraf.com-a Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Verdiyeva məlumat verib:

“Sənətkara dəyər verərək xalqın sevğisini, rəğbətini qazanmış cənab prezidentimiz İlham Əliyev xalq artisti Fikrət Verdiyevi mənzillə təmin edib. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”.

Qeyd edək ki, Bəyimxanım Cavanşirova-Verdiyeva Xan Şuşinskinın qızıdır. Atasının adını daşıyan fonda rəhbərlik edir.


Müəllif: Rəqsanə Həsənova